- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 506
- Mart 30, 2026
- 0

“Qarabağ”ın futbolçusu Con Delarj əsas heyətdən uzaqlaşdırılıb.
Allsport.az saytı xəbər verir ki, dünən Qurban Qurbanov “Uypeşt”lə yoxlama görüşündən sonra, konqolu yarımmüdafiəçini qeyri-müəyyən müddətə komandadan uzaqlaşdırıb. Oyun səviyyəsi və intizamı təcrübəli mütəxəssisi narazı salıb.
Bu gün legionçu Antalyada davam edən təlim-məşq toplanışından Bakıya yola salınıb. O, Azər Məmmədovun çalışdırdığı əvəzedici heyətlə məşqlərə başlamalıdır. Demək, Con Delarj transfer bazarına çıxarılıb.