Corc Rassel yeni V-14 yarış avtomobilini test edib

Allsport.az saytı xəbər verir ki, “gümüşü oxlar” Britaniyada yerləşən Silverston bazasında təqdimat keçirib. Mərasimdə “Mersedes”in rəhbəri Toto Volf, pilotları Lüis HəmiltonCorc Rassel ilə bərabər, ehtiyat sürücüsü Mik Şumaxer iştirak ediblər. Tədbirin rəsmi hissəsindən sonra, sürücülər bolidi trasda test ediblər. Corc Rassel təssüratlarını belə bölüşüb:

“Yürüşlər yaxşı keçdi. Sükan arxasına qayıtdığım üçün sevincliyəm. Hazırda hansı vəziyyətdə olduğumuzu təxmin etmək çətindir. Keçən il hava şəraiti məşqlər zamanı mane olduğü üçün, maşını yoxlamaq çətin idi.

Bizim üçün indi bolidin ciddi çatmamazlıqlarının olmadığına əmək olmaq lazımdır. Yoxlanışdan sonra, Bəhreyinə rahat yollana biləcəyik. Son hazırlıqlarımız gələn həftədən başlayacaq. Biz maksimum nasazlıqları aradan qaldırmaq istəsək də, bəzən istədiyimiz bügünki kimi alınmır.”

Həmin kateqoriyadan