- Baxış sayı: 133
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 133
- Dekabr 05, 2025
- 0

Premyer liqanın 7-ci turu “Sabah”ın futbolçusu Elvin Camalov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi ölkə çempionatlarında özünün ilk qolunu vurub.
O, “Turan Tovuz”la qarşılaşmada (3:1) penaltini qola çevirib. Elvin premyer liqada bunu özünün 187-ci oyununda edib və 30 illik çempionat tarixində qol hesabını ən gec açan futbolçu olub.
İndiyədək heç bir oyunçu ilk topunu bu qədər gözləməyib. Debütü 2013/14 mövsümündə “Qəbələ”də gerçəkləşən Camalov bu klubda 111, “Zirə”də 43, “Sabah”da 33 dəfə meydana çıxıb.