- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl Türkiyənin “Radyo Gol” nəşrinə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, Avropa liqasının “İ” qrupunda qardaş ölkənin “Sivasspor” klubu ilə matçlarda tribunalarda azarkeşlərin olmasını istədiyini bildirib:
““Sivasspor”la rəqib olmağımız bizi çox sevindirir. İki qardaş ölkənin iki qardaş komandası üz-üzə gələcək. Baş verən hadisələr səbəbindən belə bir oyun bizim üçün motivasiya olacaq. Çox istərdik ki, həm Bakıda, həm də Sivasda tribunaların 30 faizi dolsun.
Amma təbii ki, sağlamlıq hər şeydən önəmlidi. Futbol azarkeşlər üçün oynanılır. Bunu qeyd etmək lazımdır. Yerli çempionatda 1 oyun az keçirməklə 6-cı sıradayıq. Hədəfimiz son 7 mövsümdə olduğu kimi, çempionluqdur”.
“Köhlən atlar” İspaniyanın “Vilyarreal” və İsrailin “Makkabi” (Tel-Əviv) klubları ilə eyni qrupda yer alıb.