- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Liverpul”un müdafiəçisi Vircil van Deyk premyer liqanın 29-cu turunun təxirə salınmış matçında “Everton”a məğlubiyyəti (0:2) şərh edib.
Allsport.az xəbər verir ki, bu barədə o, “Daily Mail”ə açıqlama verib:
“Bir çox cəhətdən çox məyus oldum. Komandanın hər bir oyunçusu güzgüyə baxıb özlərinə sual verməlidir ki, onlar əllərindən gələni edirmi? Onlar, premyer liqanı qazanmaq istəyir?
Biz mübarizə aparırıq və bu gecədən sonra hələ də matçlarımız var, lakin bugünkü kimi oynasaq, heç bir imkanımız olmayacaq”.