- Baxış sayı: 34
- 06 Fevral 2026 12:51
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Premyer liqanın 27-ci turunda “Zirə” evdə “Kəpəz”i 2:1 məğlub edib. Allsport.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyun haqda danışıb:
“Komandamı təbrik edirəm. Çox önəmli qələbə qazandıq. Birinci hissə bizim üçün pis keçmirdi. Bir neçə təhlükəli hücumlarımız var idi. Bir dəfə İssa Cibrillanın yaxşı fürsəti oldu. Ötürmə vermək əvəzinə qapıya vursaydı, qolla nəticələnə bilərdi. İkinci hissədə sürəti qaldırdıq. Futbolçular ön xətdə daha keyfiyyətli oynamağa başladı”.