- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bu gün AFFA-nın icraiyyə komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, vebinardan sonra icraçı vitse-prezident Elxan Məmmədov açıqlama verib: “Bugünkü iclasda səmərəli müzakirələr və fikir mübadiləsi aparıldı, bir neçə vacib qərar qəbul olundu. Artıq ictimaiyyətə də bəlli olduğu kimi bu gündən etibarən mənim AFFA-nın baş katibi kimi fəaliyyətim başa çatdı.
2007-ci ildən başlayaraq 14 ildən artıq müddətdə AFFA-nın baş katibi vəzifəsində çalışmışam və görünür, fəaliyyətimdə müəyyən müsbət məqamlar olduğu üçün bu qədər uzun müddət ərzində mənə etimad göstərilib. Fürsətdən istifadə edib bu yüksək etimada görə AFFA rəhbərliyinə, icraiyyə komitəsinə təşəkkürümü bildirirəm. Baş katib vəzifəsinin həvalə olunduğu Sərxan Hacıyev AFFA-ya və Azərbaycan futbol ailəsinə yad sima deyil, futbol ictimaiyyətində tanınan şəxsdir.
2009-cu ildən etibarən AFFA-da mütəxəssis vəzifəsində çalışmağa başlayıb. Ardınca beynəlxalq əlaqələr şöbəsinin müdiri, sonra isə – 2012-ci ildən bu günə qədər baş katibin müavini vəzifəsində işləyib. O, AFFA-nın daxilində püxtələşmiş kadrdır, addım-addım, pillə-pillə irəliləyib və bu illər ərzində müxtəlif tədbirlərdə və turnirlərdə zəruri olan təcrübəni toplayıb.
Çox şadam ki, bundan sonra da birgə fəaliyyətimiz davam edəcək. Sərxan Hacıyevə uğurlar arzulayıram və ümidvaram ki, bugünkü müvafiq qərar Azərbaycan futbolunun inkişafına, AFFA-nın simasında ölkəmizin futbol institutunun bəlli struktur əsasında idarə olunmasına öz töhfəsini verəcək”.