- Baxış sayı: 21
- 24 Noyabr 2024 21:11
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, “Liverpul”un baş məşqçisi Yurgen Klopp “Çelsi”yə keçən yarımmüdafiəçilər Moises Kaysedo və Romeo Laviyanın transferlərinin pozulması haqda danışıb:
“Allahım, biz necə də xoşbəxtik! O vaxt bizim bundan xəbərimiz yox idi. Çox şadam ki, hər şey belə oldu. Aydındır ki, yayda onların “Liverpul”a gəlmək istəmədiklərini öyrəndik və hazırda kim haradadır, hər kəs çox yaxşı görür”.
Xatırladaq ki, 2023-cü ilin yayında Kaysedo və Lavia mersisaydlılardan imtina edərək külli miqdarda pul qarşılığında “Çelsi”yə keçmişdilər. İngiltərə premyer liqasının turnir cədvəlinə “Liverpul” başçılıq edir, “mavilər” isə 12-ci yerdədir.