“Çox şeyin baş verdiyi olduqca çılğın ötüşmə!”

Maks Ferstappen mövsümdə 6-cı, karyerasında 60-cı qələbəsini Kanada mükafat yarışında qazanıb. Allsport.az saytı xəbər verir ki, “Red Bull Racinq” sürücüsünün fərdi çempionatda Çarlz Lekler üzərində üstünlüyü 56 xala yüksəlib. Onun komanda yoldaşı Serxio Peres avtomobili ilə qəzaya uğrayıb və ardıcıl 2-ci həftəsonu finiş xəttini əldən verib. Niderlandlı pilot son çıxışını bülə dəyərləndirib:

“Çox şeyin baş verdiyi olduqca çılğın ötüşmə! Amma bütün qərarlarımız doğru çıxdı. Komanda bu gün əla iş gördü. Sakit qaldıq və lazımi anda pit-stop etdik. Təhlükəsizlik maşını mənim əlimdə oynadı, amma bundan sonra da liderliyi kifayət qədər inamla qorudum. Mən bunu bəyəndim – əyləncəli idi! Zaman-zaman belə yarışlara ehtiyac var”.

Kamran HACI

Həmin kateqoriyadan