“Bu matçda xarakter, mübarizə çox vacib idi”

Azərbaycan premyer liqasının XIX turunun “Şamaxı” – “Qarabağ” (1:2) oyunundan sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis qarşılaşma barədə fikrini açıqlayıb:

“İlk olaraq azarkeşlərimizə təşəkkür edirəm. Belə soyuq havaya baxmayaraq, yenə komandanın yanında oldular. Çox vacib 3 xal qazandıq. Futbolçularımı təbrik edirəm. Bu matçda xarakter, mübarizə çox vacib idi.

İkinci hissədə komandamız oyunu ələ aldı, topa nəzarət etməyi bacardı. Bunun da sayəsində son saniyələrdə qələbə qolunu vurduq. Artıq qarşıdakı oyunlara hazırlaşacağıq”.

Həmin kateqoriyadan