- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

Allsport.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan premyer liqasının 9-cu turunda doğma meydanda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdikləri oyun haqda danışıb:
“Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox vacib qələbə qazandıq. 1-ci dövrədəki çıxışlarına görə də təbrik edirəm. Bizim üçün uğurlu başlanğıc oldu. 9 oyuna 19 xal yaxşıdır. “Turan Tovuz”la oyuna hazırlaşmaq, onlara qarşı uğurlu plan qurmaq çətindir. Ayxan Abbasov savadlı baş məşqçidir. Çempionatımız gərgin və maraqlı keçir. Heç kim oyunun sonuna qədər təslim olmur. Bu gün də elə matçlardan biri oldu”.