“Dəmir yumruq” şüarı ilə Qarabağ zəfərinə açıq idman festivalı

“Sərhədçi” olimpiya-idman mərkəzində RM idman klubu və Azərbaycan-Braziliya ciu-citsu federasiyasının birgə təşkilatçılığı ilə “Dəmir yumruq” şüarı ilə Qarabağ zəfərinə həsr olunmuş açıq idman festivalı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə Braziliya ciu-citsusu, kikboksinq və MMA üzrə yarışlar olub, müxtəlif çəki dərəcələri və yaş kateqoriyalarından 700-ə yaxın idmançı qatılıb.

Yarışa başlamadan öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Açılış sözü ABCF-in prezidenti Aqil Acalov edib, Laçının azad olunması münasibəti ilə xalqımızı təbrik edib. O deyib ki, bu festival həm də idman ictimaiyyətinin, qurumlararası həmrəyliyin bariz göstəricisidir.

Sonra Tural Cavadov çıxış edib. RM idman klubunun icraçı direktoru Qarabağ zəfərinə həsr olunmuş yarışın devizinə uyğun olaraq Vətən uğrunda canlarından keçmiş oğulların xatirəsini yaşatmaq məqsədinin vacibliyini qeyd edib.

Yarışlar 2 gün keçirilib. Qaliblər medal, diplom və digər mükafatlarla təltif olunublar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish