- Baxış sayı: 36
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0
Türkiyə superliqasında 31-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” doğma meydanda “Beşikdaş”la üz-üzə gəlib.
Futbolçumuzun komandası bu matçda yenilib (0:2). Azərbaycan millisinin hücumçusu əsas komandadan uzaqlaşdırıldığı üçün, iştirak ərizəsində yer almayıb.
“Yaşıl timsahlar” hazırda 35 xalla 18 klub arasında 15-ci pilləyə enib. “Qara qartallar” isə bu qələbə sayəsində xallarının sayını 68-ə çatdıraraq, yenidən zirvəni ələ keçirib.