- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Rahid Əmirquliyev “Səbail”də 100-cü çempionat oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi premyer liqanın 16-cı turunda “Qəbələ” ilə (1:2) səfər qarşılaşmasına təsadüf edib.
Rahid “dənizçilər”də 5-ci mövsümünü keçirir. O bu müddətdə 1 qol vurub. Onun debütü də “qara-qırmızılar”la matçda gerçəkləşib. Əmirquliyev 2018-ci il avqustun 12-də keçirilən görüşdə (0:3) meydana çıxıb.
O, “Səbail”in heyətində premyer liqada 100 oyun keçirən ilk futbolçudur.