- Baxış sayı: 40
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Göygöl olimpiya idman kompleksində “D” kateqoriyalı məşqçi kursları davam edir. Kursun ikinci günündə dərslər nəzəri və praktiki hissələrdən ibarət olmaqla keçirilib.
Allsport.az saytı xəbər verir ki, AFFA-nın məşqçi kurslarının təlimçiləri tərəfindən keçirilən kursun 2-ci günündə iştirakçılara “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları” və digər mövzulara dair praktiki örnəklər nümayiş etdirilib və onların müxtəlif prizmalardan geniş müzakirəsi aparılıb.