- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Portuqaliya kubokunda 1/4 final keçirilir. Allsport.az saytı xəbər verir ki, millinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” səfərdə “Rio Ave” ilə qarşılaşıb. Görüşün əsas vaxtı qolsuz başa çatıb.
Buna görə də əlavə vaxta ehtiyac yaranıb. 95-ci dəqiqədə meydana daxil olan soydaşımız, cəmi bir dəqiqə sonra komandasının çox vacib qolunu vurub. Bu qol oyunda yeganə olub və “qızılı-yaşıllar” yarımfinala adlayıb.