- Baxış sayı: 99
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Almaniyanın Şimal-Şərq Regional Liqasında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası – “Germaniya Halberştadt” klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Karl Zeyss”lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Rüfət bu matçın 64-cü dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, Dadaşovun komandası 5 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.