- Baxış sayı: 34
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Almaniyanın qərb regional liqasında 18-ci turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun da çıxış etdiyi “Şalke-2” doğma meydanda “Uerdingen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da Dadaşov vurub. Azərbaycanlı futbolçu 79-cu dəqiqədə fərqlənib.
“Şalke-2” bu nəticədən sonra 19 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.