- Baxış sayı: 38
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 209
- Fevral 04, 2026
- 0

Portuqaliya premyer liqasında 21-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Benfika” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Renat da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.
“Tondela” 21 turdan sonra 20 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.