- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Almaniyanın qərb regional liqasında 17-ci turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin 2-ci komandası səfərdə “Oberhauzen”lə qarşılaşıb və 0:4 hesabı ilə uduzub.
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Şalke II” bu nəticədən sonra 16 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.