- Baxış sayı: 0
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 225
- Fevral 04, 2026
- 0

“Real Madrid”in braziliyalı vingeri Vinisius Junior klubu ilə müqaviləsini rəsmən uzadıb.
Allsport.az xəbər verir ki, yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq. 23 yaşlı ulduzun sərbəst qalma məbləği 1 milyard avro təyin olunub.
Bu mövsüm Vinisius, “kral klubu”nun heyətində 10 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Dünən “Qızıl top” mərasimində o, 2023-cü ilin “ən yaxşı” oyunçuları reytinqində 6-cı yeri tutub, eyni zamanda irqçiliyə qarşı mübarizəsinə görə Sokrat mükafatını da alıb.