- Baxış sayı: 31
- 03 Mart 2026 12:22
- Baxış sayı: 51
- Mart 02, 2026
- 0

“Yuventus” yarımmüdafiəçisi Ueston Makkenni ilə müqavilənin müddətini uzadıb.
Allsport.az xəbər verir ki, 27 yaşlı amerikalı futbolçu ilə yeni sözləşmə 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulub.
Makkenni 2020-ci ildən “qoca sinyora”nın şərəfini qoruyur. O, bu müddət ərzində İtaliya nəhənginin heyətində bütün turnirlərdə ümumilikdə 220 oyuna çıxıb, 26 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb.