- Baxış sayı: 32
- 20 Mart 2026 18:38
- Baxış sayı: 126
- Mart 19, 2026
- 0

“Qarabağ”ı 1:0 hesabı ilə məğlub edən “Kəpəz”in baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib: “Xalqımızı Ramazan və Novruz bayramı münasibətilə təbrik edirəm. Azərbaycan çempionuna qarşı mübarizə apardıq. Çətin olacağını bilirdik. Bu gün daha çox zəhmət çəkdik və qələbə qazandıq. Əlbəttə ki, “Qarabağ” daha çox topa yiyələnmişdi. Oyunçularının keyfiyyətini də bilirik. Futbolçularımıza təşəkkür edirəm ki, bu mübarizədən qalib ayrıldıq. Bütün azarkeşlərimizi də təbrik edirəm”.