- Baxış sayı: 30
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

“Araz-Naxçıvan” təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirir. Allsport.az saytı xəbər verir ki, iyulun 10-dan etibarən qardaş ölkədə olan komandamızın yeni transferlər Benny və Felipe Santos da “qırmızı-ağlar”ın düşərgəsindədir. Hazırlıqla bağlı ümumi məlumat verən baş məşqçi Elmar Baxşıyev bunları deyib:
“Hazırlığımız plan üzrə davam edir. Nəzərdə tutduğumuz kimi, futbolçular gün ərzində iki məşq keçirlər. Səhər hazırlığı zamanı fiziki, axşam çalışmasında isə taktiki-texniki təmrinlər yerinə yetirilir. Təbii ki, hər kəs anlayır ki, çempionatda uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik”.