“Daha dəqiq və daha etibarlı oynamalıyıq“

Allsport.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 8-ci turunun “Araz-Naxçıvan”la (1:0) matçından sonra keçirilən mətbuat konfransında oyun barəsində danışıb:

“İlk növbədə rəqibi qələbə münasibətilə təbrik etmək istəyirəm. Azər Bağırov qısa müddət ərzində çox əzmkar, yaxşı komanda formalaşdırıb. Gələcək oyunlarda onlara uğurlar arzu edirəm. İlk hissə çox sönük keçdi. Rəqib pressinq edirdi, biz isə ondan çıxmağa çalışırdıq. Qapılar ağzında demək olar ki, hansısa təhlükəli epizod yaranmırdı. İkinci yarıya daha fəal başladıq, oyunumuzu daha da yaxşılaşdırdıq. 100 faizli qol epizodları olmasa da, uzaq məsafələrdən yaxşı zərbələrimiz var idi. Azca dəqiqlik çatmadı. Abdullah Rzayev hücuma qoşuldu və oyunçularımız birəbir mübarizələri uduzdu. Belə olan halda, uğurlu nəticədən söhbət gedə bilməz. Daha dəqiq və daha etibarlı oynamalıyıq. “Araz-Naxçıvan” əzmkar qələbə qazandı”.

Həmin kateqoriyadan