“Daha diqqətli davranmalı idik”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “A” seriyasında “Salernitana” ilə heç-heçəni (1:1) şərh edib.

Allsport.az xəbər verir ki, bu barədə o, “football italia”ya açıqlama verib:

“Bərbad birinci hissə. Çox yaxşı başladıq, amma sonra səhv qərar verildi. Bundan sonra biz parçalandıq və mövqelərimizi saxlaya bilmədik.

Standart vəziyyətdən sonra qol buraxdıq. “Salernitana”nın belə vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Biz daha diqqətli davranmalı idik”.

Həmin kateqoriyadan