“Daha yaxşı səviyyəyə qalxa biləcəyimizə inanıram”

Azərbaycan premyer liqasının VIII turunun “Keşlə” – “Qəbələ” oyunundan (2:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Allsport.az 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Bizi çətin səfər oyununun gözlədiyini bilirdik. Çətinlik matçın süni örtükdə keçirilməsindən ibarət idi. Belə meydanda oynamağa öyrəşməmişik. Komanda məni razı saldı, meydanda istədiyimizi nümayiş etdirməyə çalışdı. Bu, bəzi epizodlarda alınır, bəzən alınmırdı. Komandanın göstərdiyi futboldan məmnunam. Əzmkarlıq göstərdilər. Düşünürəm ki, daha yaxşı ola bilərik. Futbolçularımızda bu keyfiyyətlər var. Daha yaxşı səviyyəyə qalxa biləcəyimizə inanıram. Futbolçunun effektliliyini bir oyunla götürmürük. Ülvi İsgəndərovun yanaşması bizi razı salır. O, bu gün meydanda ən yaxşısını etməyə çalışırdı”.

Həmin kateqoriyadan