- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
““Qarabağ” klubunun çempionlar liqasının qrup mərhələsinə çıxması özlüyündə böyük hadisə olsa da, qazandığı nəticələrlə müqayisədə, beşqat Azərbaycan çempionunun tarixi daha genişdir”. Allsport.az saytı xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universitetinin “The Daily” tələbə qəzetində dərc olunan məqalədə deyilir. Müəllif Endi Yamasita 1993-cü ilin iyunundan Ağdamda doğma meydanında oynaya bilməyən Azərbaycan klubunun – dünyada azsaylı “qaçqın-klub”lardan birinin kədərli tarixindən bəhs edib.
Məqalədə bildirilir ki, 1951-ci ildə Ağdamda əsası qoyulan “Qarabağ” 1992-ci ildən müntəzəm olaraq Azərbaycan Premyer Liqasında çıxış edir. Müəllif, SSRİ-nin süquta uğramasından sonra Dağlıq Qarabağda erməni separatçıları və azərbaycanlılar arasında münaqişə baş qaldırdı və bu regionda gərginlik hələ də yüksək olduğunu yazıb.
Trend.az-ın məlumatına görə, həmkarımız, müharibə vaxtı Ağdam stadionunun bir neçə dəfə bombardmana məruz qaldığını da qeyd edib: “Ağdam 1993-cü il iyunun 23-də erməni separatçıları tərəfindən işğal olundu. Həmin il “Qarabağ” ilk dəfə Azərbaycan çempionu olub. Bu onların evlərini itirməsinə və şəhərlərinin dağıdılmasına görə kiçik “təzminat” idi. Ağdam hələ də “ruhlar şəhəri”di”.
Qeyd olunur ki, hazırda yarışdığı çempionlar liqasında qrupdan çıxma şansı az olsa da, “Qarabağ” Avropanın güclü komandaları ilə oynamaq gücündə olduğunu göstərdi: “Doğma meydansız qalan bu komanda Ağdam sakinləri üçün ümid işığı kimi parlayır. Onlar klubu sevimli şəhərlərinin son xatirəsi hesab edirlər”.