- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Braziliyalı futbolçu Dani Alves zorlama işi ilə bağlı yeni ifadə verib. Allsport.az saytının məlumatına görə, o, zərərçəkmiş şəxslə cinsi əlaqədə olduğunu boynuna alıb. Eyni zamanda, 39 yaşlı müdafiəçi, razılaşmanın qarşılıqlı və onun tərəfində heç bir zorakılıq olmadığını israr edib.
Alves yanvarın 20-də həbs edilib. Futbolçunun qurbanı olduğu iddia edilən şəxs onu gecə klubunun hamamında kilidlədiyini, orada döyərək təcavüz etdiyini bildirib. Həkimlər qızda müqavimət göstərən xəsarətlərin olduğunu təsdiqləyiblər. Qətər-2022 dünya çempionatı iştirakçısını 4 ildən 12 ilə qədər həbs gözləyir.
Alves dünyanın ən titullu futbolçusularındandır. O, Fransa, İtaliya, İspaniya çempionu olub və bu ölkələrin ölkə kuboklarını qazanıb. Braziliya milli komandas ilə 2 dəfə Amerika və Konfederasiyalar kuboklarını qazanıb, həmçinin olimpiya oyunlarının və gənclərin dünya çempionatının qalibi olub.