Dani Kintana 100-ü haqlayıb
3 aprel 2018 / 11:58 Baxış sayı: 925 Premyer liqasının 21-ci turunun “Keşlə” ilə ev oyunu (1:1) “Qarabağ”ın futbolçusu Dani Kintana üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Ağdam klubunun heyətində 100-cü matçını keçirib.
Yubiley qarşılaşmasının iştirakçısı bu görüşlərdə 26 qol sevinci yaşayıb. O, Azərbaycan çempionatlarında 63 (21 qol), ölkə kubokunda 9 (2 qol), avrokuboklarda 28 dəfə (3 qol) “köhlən atlılar”dan çıxış edib. Dani Ağdam klubunun tarixində 100 və daha çox matç keçirən 43-cü futbolçu olub.
Qeyd edək ki, pireneyli 2015-ci il iyulun 15-də “Qarabağ”ın çempionlar liqasının “Rudar” (Monteneqro) ilə ev oyununda (0:0) debüt edib.