Dani Kintana: Düşən fürsətlərdən istifadə etmədiyimə təəssüflənirəm

“Qarabağ”ın futboçusu Dani Kintana Avroliqanın qrup mərdələsinin 5-ci turunda Bakıda İngiltərə “Tottenhem”i ilə qarşılaşdıqları matça şərh verib. Allsport.az saytının məlumatına görə, ispaniyalı legionçu düşən fürsətləri fövtə verdiyinə təəssüflənib:

“Mən də istəyirdim ki, qol vurum və qələbə qazanaq. Amma həmin epizodlardan yararlana bilmədim. Azarkeşlər buna görə məni qınaya bilərlər. “Anderlext”ə qol vuraraq özümü bağışlatmaq istəyirəm. Söylənəcək heç nə yoxdur. Amma bizim üçün hər şey bitti də demək olmaz.

Məğlub olsaq da şansımız hələ də qalıb.Bəli, “Anderlext”ə qalib gəlməklə yanaşı, “Tottenhem”- “Monako” oyunundan da xəbər gözləməliyik. Londonlular evdə ya qalib gələrsə, bizim üçün hədiyyə olacaq. Sona qədər vuraşacağıq ki, növbəti mərhələyə yüksələ bilək.”

Həmin kateqoriyadan