Dani Kintana: Erkən qol lehimizə işlədi
11 mart 2018 / 20:00 Baxış sayı: 1059 “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana premyer liqanın 19-cu turunda “Zirə” ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıdı. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun 2:0 hesabı ilə qalib gəldiyi görüşdə hesabı açan ispaniyalı futbolçu bunu dedi:
“Oyun bizim üçün yaxşı başladı. Erkən qol lehimizə işlədi. Bir neçə dəqiqədən sonra, 2-ci topu vurduq. Qalan dəqiqələrdə nəzarəti əlimizdə saxlamağa çalışdıq. Baş məşqçi mənə meydançada sərbəst oynamaq imkanı verir. Bəzən vəziyyətə görə mövqeyimi dəyişirəm. Bu da, işimə yarayır”.