- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Qarabağ” ölkə çempionatının 10-cu turunda Tofiq Bəhramov adına respublika stadionunda “Sumqayıt”a 2:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, görüşün son dəqiqələrində zədə səbəbindən uzun müddət yaşıl meydandan kənar qalan Dani Kintana mübarizəyə qoşildu. O, açıqlamasında futbol üçün çox darıxdığıbı deyib:
“Zədələr mənə aman vermir. Yenidən oynadığım üçün çox xoşbəxtəm. Ümid edirəm ki, bundan sonra müntəzəm oynayacam. Məşqlərdə normal iştirak edirəm. Ancaq oyunla məşqlərin ehtirası, ritmi eyni deyil. Nə qədər çox oynasam, formamı bərpa edəcəyəm.
“Qarabağ”ın düşdüyü vəziyyət yeni bir şeydir. Yeganə çıxış yolu eyni istiqamətə üzməkdir. Aydın məsələdir ki, çempionluq yolunda əsas rəqibimiz “Neftçi”dir. Çətin olacağını düşünürəm. Vəziyyəti düzəltmək özümüzdən asılıdır”.