Dani Kintana: Təəssüf ki, vurduğum qol komandaya qələbə gətirmədi

“Qarabağ”ın ispaniyalı futbolçusu Dani Kintana “Neftçi” ilə oyunu dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, ölkə çempionatının 15-ci tunuda 1:1 bitən matç barədə bunu deyib:

“Rəqib qol vurana kimi hər şey plan üzrə gedirdi. Qapımızda qol buraxdıqdan sonra sanki psixoloji cəhətdən eniş yaşadıq. Ancaq yekunda nəticəni ədalətli hesab etmək olar. Hər zaman komandaya kömək etməyə hazıram və bundan məmnunam.

Ancaq təəssüf ki, mənim bu gün vurduğum qol komandaya qələbə gətirmədi və evə könülsüz gedirəm. Fikrimcə, matçın sərt keçməsi normaldır. Liderlərin mübarizəsi idi. Bir o qədər də çox sərt deyildi, normal şərtlər altında oynadıq”.

Həmin kateqoriyadan