Daniel Rikkardo Bakıya qalib gəlir

“Red Bul”un sürücüsü Formula1 üzrə dünya çempionatının 3-cü mərhələsinin qalibi olub. Allsport.az saytı xəbər verir ki, pilotlar Şanxayda 5451 metrlik trasda 56 dövrə vurublar.

Daniel Rikkardo 1 saat 35 dəqiqə 36,38 saniyəlik nəticə ilə Çin qran-prisində hesabına 25 xal yazdırıb. Ondan 8,894 saniyə geri qalan Valtteri Bottas (“Mercedes”) 18 xalla 2-ci olub. İlk üçlüyü qalibdən 9,637 saniyə sonra finişə çatan “Ferrari” komandasının üzvü Kimi Rəykönnen (15 xal) qapayıb.

Yarış cədvəlinə 54 xalla Sebastian Fettel (“Ferrari”) başçılıq edir. Lüis Hamilton ((“Mercedes”) 45 xalla 2-ci, Valtteri Bottas 40 xalla 3-cüdür.

Mühəndislər kubokunda “Mercedes” 85 xalla hamını qabaqlayır. “Ferrari” 84 xalla 2-ci, “Red Bull Racing” 55 xalla 3-cü yerdədirlər.

Çempionatın növbəti, 4-cü mərhələsi olan Azərbaycan qran-prisi aprelin 27-29-da Bakıda keçiriləcək.

Həmin kateqoriyadan