Daniel Rikkardo: Mühərrik güclü olsa, Ferrari ilə eyni səviyyədə mübarizə aparacağıq

Rusiya qran-prisi ərəfəsində “Red Bull Racing” komandasının üzvü Daniel Rikkardo ondan gözlənilən uğurlar və Bakı treki haqqında müsahibə verib. Allsport.az saytı xəbər verir ki, avstraliyalı pilot qələbənin qazanılmasını, ilk növbədə, mühərrikin gücündə görüb:

– Daniel, bu mövsümdə siz 3 dəfə dördüncü yeri qazanmısınız – sizdən nə vaxt podium görə biləcəyik?
– Nə qədər tez olsa, bir o qədər yaxşı olar. Bu həftəsonu belə bir imkan yaransa mən bu imkandan hökmən istifadə edəcəm. Ola bilsin ki, bu trek bizim üçün heç də asan olmasın – burada uzun düzlük var, lakin bu il sürətimiz daha yaxşıdır. Belə ki, əgər alınsa Soçidə podiuma çıxacam. Əgər alınmasa, birmənalı olaraq, Monakada mən bunu edəcəm.

– RB12 avtomobili keçən ilki avtomobildən nə ilə fəqlənir? Siz artıq onun gücünün artmasını qeyd etdiniz, daha nəyi qeyd edə bilərsiniz?
– Avtomobilin balansı daha yaxşı olub. Əgər keçən il biz sürətli döngələri yaxşı keçə bilirdiksə, yavaş döngələrdə mütləq problemlər yaranırdı. İndi onlar yoxdu. Məncə RB12 və RB11 arasında ən böyük fərq məhz budur. Həmçinin, yarış zamanı təkərlərə qənaət etmək daha asandır.

– Kristian Horner bu yaxınlarda bildirmişdi ki, yenilənmiş mühərrik ilə siz ən azından Ferrari ilə mübarizə apara bilərsiniz…
– Əgər mühərrik yetirncə güclü olsa, düşünürəm ki, heç bir çətinlik olmadan Ferrari ilə eyni səviyyədə mübarizə aparacağıq. Buna şəxsən inanıram.

– Yeni təkər qaydaları sürətə təsir etdimi? Komanda və pilotlara indi daha rahat oldu?
– Bəli, indi biz seçim edə bilirik. Əgər yolun səthi hamardırsa , o zaman biz daha yumşaq tərkibli təkər seçə bilirik. İstifadə üçün saysız-hesabsız müxtəlif variantlar yaranıb, birmənalı olaraq deyə bilərəm ki yarış bununla daha maraqlı olub.

– Burada hava daha sərindir, yol səthi ilə ilişmə azdır.
– Düşünürəm ki Medium tipli təkərləri qızdırmaq çətin olacaq. Lakin Soft və Supersof problemsiz işləməlidir. Çox güman ki, sıralanma turunda Supersoftla cəmi bir sürətli dövrə vura biləcəyik.

– Soçidə küləkli havaya görə pilotlar hansı problemlərlə qarşılaşa bilərlər?
– Mənə elə gəldi ki, indi külək artıq sakitləşməyə başlayıb. Əgər külək kəsməsəsə, bizə heç də asan olmayacaq. Xüsusilə də külək avtomobilin arxa tərəfindən əsərsə bu, avtomobili idarə etməkdə bizə çətinlik yaradacaq. İstənilən güclü külək balansa öz təsirini göstərir.

– Daniel, ötən gün ad günü olan Daniil Kvyata nə hədiyyə etdiniz?
– Düzünü desəm, onun ad günü olduğunu bu gün xatırladım. Ya bu gün axşam, ya da bazar günü ona bir şüşə pivə alacam… (gülür)

– Bakı trekindən gözləntiləriniz nələrdir? Fernando Alonso deyir ki, bu ən sürətli şəhər treki olacaq.
– Bəzi döngələri görmüşəm, çox çətin və sürəli görünürlər. Çox heyran qaldım və tezliklə ora getmək istəyirəm.

– Siz trekin ən ensiz hissəsini görməmisiniz – həqiqətən inanılmazdır. Sol tərəfdən, demək olar ki, bir metr məsafədə, XIII əsrdə tikilmiş qədimi qala divarları yerləşir. Ehtiyatlı olun!
– Deməli, çalışmalıyıq ki, divarı zədələməyək, düz anlayıram? (gülür)

– Çin qran-prisində keçmiş komanda yoldaşınız Sebastiyan Fettel və indiki komanda yoldaşınız Daniil Kvyat arasında baş vermiş insident haqqında nə deyə bilərsiniz?
– Təkrarlara bir-neçə dəfə baxdım və düşünürəm ki, Daniil hər şeyi düzgün edib. Yer var idi və o, bundan məharətlə istifadə edib. Yarış zamanı gözləmək lazım deyil ki, hər şey ideal olacaq. Ona görə Sebastian podiumda Daniili günahlandırmaqla bir az həddini aşmış oldu.

Həmin kateqoriyadan