- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Red Bull”un sürücüsü Daniel Rikkardo karyerasında ən çətin üçüncülüyü qazandığını deyib. Allsport.az saytı xəbər verir ki, o, səhv etmədiyi üçün xoşbəxt olduğunu əlavə edib. F-1.az xatırladır ki, avstraliyalı sürücü Kanadada yarış boyu Peres, Okon və Fettelin təzyiqlərinə baxmayaraq, bu mövsüm ardıcıl 3-cü dəfə fəxri kürsüyə çıxıb.
“Sözün açığı, bu karyeramda ən çətin podiumlardan biri idi. Düşünürdük ki, Soft təkərləri taxmaq düzgün olar. Amma sonra gördük ki, SuperSoft təkərlər daha yaxşı imiş. Peres mənə yaxın idi. Elə olurdu ki, hərdən geri qalırdı və təzədən hücuma keçirdi. Onları arxamda tutmaq qətiliklə çətin idi.
Səhv etməməli idim və bunu bacardım. Son sektorda hər şey qüsursuz olmalı idi. DRS ilə hücum edə bilərdilər. Amma xəta etməyərək, damalı bayrağı gördüm. Əlimizə düşən fürsətdən istifadə etdik. Damalı bayrağı görəndə rahat nəfəs aldım. Gözəl yarış idi və həzz aldım. Ümid edirəm ki, Bakıda da yaxşı nəticə qazanarıq” – deyə, Daniel Rikkardo bildirib.