- Baxış sayı: 27
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 25
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin yeni transferi Daniel Seqoviya klubun rəsmi saytına müsahibəsi verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə, hücumçu komandasında durumdan danışıb, gələcək imkanları dəyərləndirib:
“Abu-havaya artıq tam uyğunlaşmışam. “Neftçi”də məni hər şey qane edir. Komanda yoldaşlarım məni isti qarşıladı, buna görə onlara minnətdaram. Klub rəhbərliyi və məşqçilər heyəti məni gözəl başa düşür. Qalır yalnız qol vurub azarkeşləri sevindirmək.
Təbii ki, bir müddət komandasız məşq etdiyimi nəzərə alsaq vəziyyətim elə də ideal deyil. Amma formamı itirməmişəm. Fikrimcə, optimal forma yığmaq üçün mənə daha 5-6 gün lazım olacaq. Qol vurmaq üçün 100 faiz hazır olmaq vacib deyil. Sadəcə, lazımi vaxtda lazımi yerdə olmaq kifayətdir.
Bütün komanda yoldaşlarımla, eləcə də Huqo ilə münasibətim yaxşıdır. Əgər o daim qol vursa, mən buna yalnız şad olaram. Əsas odur komanda qələbə qazansın. Əlbəttə, mən də “Neftçi” üçün faydalı olmaq istəyirəm və hesab edirəm ki, Huqo ilə rəqabətimizin bütün komandaya xeyri dəyəcək. Kim daha yaxşı hazır olsa, o da oynayacaq”.