- Baxış sayı: 28
- 09 Aprel 2025 19:28
- Baxış sayı: 72
- Aprel 04, 2025
- 0
Sumqayıt şəhərindəki “Kapital bank arena”da 1-ci divizionda mübarizə aparan “Sumqayıt-2” komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Allsport.az saytı xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Toplantıda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, təqdim edilən məlumat və prezentasiyalar əsasında yoxlama testləri keçirilib.