- Baxış sayı: 28
- 30 Mart 2026 14:48
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Kəpəz” və “Zirə” klublarının yeni aldıqları futbolçuların lisenziya çatışmamazlığı yoluna qoyulub. Allsport.az saytı xəbər verir ki, Gəncə klubu Dario Federikonu, paytaxt təmsilçisi isə Aleksandr Dedovu sifariş ərizəsinə daxil etməkdə əngəllə üzləşmişdi.
Amma bu gün onlarla problem aradan qaldırılıb. Bu barədə Peşəkar Futbol Liqasının yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, Federiko “Kəpəz”də 91, Dedov isə “Zirə”də 9 nömrəli forma altında çıxış edəcək.