- Baxış sayı: 28
- 25 Noyabr 2024 20:27
- Baxış sayı: 84
- Noyabr 25, 2024
- 0
“Kəpəz”in zədəli futbolçusu Dario Frederiko ölkəmizi tərk edərək Braziliyaya yola düşüb. Allsport.az xəbər verir ki, vətənində əməliyyat olunacaq yarımmüdafiəçi səfərə çıxmazdan öncə klub saytına açıqlama verib:
“Zədələndiyim üçün təəssüflənirəm, amma nə etmək olar? Bu futboldur, zədələr qaçılmazdır. Daha çox komandama kömək edə bilməyəcəyim üçün məyusam. Texnikam və sürətimlə “Kəpəz”ə kömək etməyə çalışırdım. Rəqib futbolçulardan sıyrılan zaman heç nədən çəkinmirəm. Düzdür, bəzən məni kobudluqla dayandırırdılar. Əslində, bu da futbolda normaldır. Yıxmaq da olar, yıxılmaq da”.
Dario Maqnit Rezonans Tomoqrafiyasından keçdikdən sonra meniskindəki zədənin ciddi olduğu üzə çıxıb. Belədə Frederikonun Brazliyada yerli klinikalardan birində əməliyyat olunması daha münasib sayılıb: “MRT müayinəsi heç də xoş olmayan nəticəni üzə çıxardı. Bu vəziyyətdə pis oldum. Ağrılar var, rahat yeriyə bilmirəm. Braziliyada əməliyyat olunacağam, bərpa prosesini də vətənimdə keçirəcəyəm”.
Frederiko “Kəpəz” azarkeşlərinin sevimli futbolçularındandır. “Sarı-göylər”in aparıcı üzvü yola düşərkən fanatlara mesaj göndərməyi də unutmayıb: “Mənə görə narahat olan, dəstək verən bütün azarkeşlərə minnətdaram. Həkimlərin sayəsində tezliklə sağalacağıma ümid edirəm. Ailəmin, dostlarımın və Tanrının köməyi ilə bu vəziyyətdən çıxacağam.
Azarkeşlər hər şeyin yaxşı olması üçün dua etsinlər, narahat olmasınlar. “Kəpəz”i dəstəkləsinlər, dönüşüm bundan da yaxşı olacaq. Komandamızın uğuru üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mənə çətin günlərdə azarkeşlərlə birgə dayaq duran klub rəhbərliyinə, eləcə də baş məşqçimiz Şahin Diniyevə də sağ ol deyirəm. Zədələndiyim andan mənim yanımda oldular, ehtiyaclarımı qarşıladılar, nə lazımdısa, etdilər”.