- Baxış sayı: 27
- 07 Aprel 2026 12:35
- Baxış sayı: 296
- Aprel 06, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, açılış mərasimində bu rayonun icra hakimiyyəti başçısının müavini Namiq Süleymanov, gənclər və idman nazirliyinin idman şöbəsinin nümayəndəsi Cavad Cavadov, Gəncə-Daşkəsən regional gənclər və idman idarəsinin rəisi Elşən Hüseynov, Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edən Ayxan Fərəcli, Azərbaycan südo federasiyası prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.
ACF tərəfindən zal müasir standartlara uyğun tatami və məşqüçün zəruri olan digər avadanlıqlarla təchiz edilib. Burada 100-dən çox idmançının cüdo ilə məşğul olması üçün şərait yaradılıb. 2022–2026-cı illər ərzində Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Zaqatalanın Mosul kəndi, Qəbələnin Vəndam qəsəbəsi və Qaradağ rayonunun Sahil qəsəbəsində yeni cüdo zalları istifadəyə verilib.
Bununla yanaşı, Bakı və regionlardakı 198 idman zalına ümumilikdə 14180 tatami paylanılıb.