- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 181
- Mart 19, 2026
- 0
Latviya optibet virsliqasında 8-ci turun oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, “Dauqavpils” doğma meydanda “Spartak”a 4:1 qalib gəlib.
Azərbaycanlı futbolçulardan Vüqar Əsgərov sonadək oynadığı halda, Tural Bayramlı 56-cı dəqiqədə əvəzlənib. Elvin Sərkərov adı ümumən matçın iştirak ərizəsinə daxil edilməyib.
Komandasının 2 qolunu adı ilk çəkilən həmyerlimiz vurub. O, 20-ci və 32-ci dəqiqələrdə fərqlənib. Vüqar vurduğu topların sayını 5-ə çatdırıb, bombardirlər yarışında ilk sıraya yüksəlib.
“Dauqavpils” 10 xalla 4-cü pilləyə qalxıb.