Dayç da istefaya göndərildi

“Nottingem Forest” klubu baş məşqçisi Şon Dayçın istefaya göndərildiyini rəsmən açıqlayıb.

Allsport.az xəbər verir ki, klubun rəsmi saytında yer alan bəyanatda mütəxəssisə və onun köməkçilərinə göstərdiyi xidmətlərə görə təşəkkür edilib.

Maraqlıdır ki, bu, “Nottingem Forest”in cari mövsümdə istefaya göndərdiyi üçüncü baş məşqçidir. Şon Dayçdan əvvəl klub Nunu Eşpiritu Santu və Ange Postekoğlu ilə də yolunu ayırmışdı. Hazırda komanda premyer liqanın turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan