DÇ-2026-nın final biletləri bahalaşdı

FİFA 2026-cı il dünya çempionatının finalı üçün bilet qiymətlərini artırıb.

Allsport.az xəbər verir ki, ən yüksək kateqoriyalı biletin qiyməti 8 680 dollardan 10 990 dollara qaldırılıb. Digər kateqoriyalarda da qiymətlər orta hesabla 1500-2000 dollar arası artıb.

İyulun 19-da Nyu-Cersidə keçiriləcək final qarşılaşması bilet qiymətləri baxımından futbol tarixinin ən bahalı oyunlarından biri olacaq.

Həmin kateqoriyadan