DÇ-nin mükafat fondu

FİFA 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçiriləcək dünya çempionatının ümumi mükafat fondunun 727 milyon dollar təşkil edəcəyini açıqlayıb.

Allsport.az xəbər verir ki, turnirin qalibi 50 milyon, gümüş mükafatçı 33 milyon, üçüncü yerin sahibi isə 29 milyon dollar qazanacaq. Bundan əlavə, mundialda iştirak edəcək hər bir ölkəyə 10,5 milyon dollar ödəniləcək.

48 komandanın mübarizə aparacağı dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Həmin kateqoriyadan