“De Bruyne çoxdandır oynamır”

Allsport.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola, İngiltərə kuboku çərçivəsində “Haddersfild Taun”la matçdan əvvəl Erlinq Haaland, Ceremi Doku və Kevin De Bruynenin hazırkı durumu ilə bağlı sualları cavablandırıb:

“Son 2-3 məşqdə komanda ilə məşq etdilər. Ceremi özünü əla hiss edir, Kevin də. De Bruyne çoxdandır oynamır, ona görə də səbirli olmalı və ona Ceremi kimi lazımi oyun vaxtı verməliyik.

Erlinq bir az daha yaxşıdır, onun sümük problemi var idi və biz buna diqqət etməliyik. O, 2 dəfə məşq etdi və ertəsi gün özünü yaxşı hiss etdi”.

Həmin kateqoriyadan