- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Əlbəttə, daha yaxşı nəticələr əldə etmək olardı. Amma işlədiyiniz konteksti, sahib olduğunuz oyunçuları, həmçinin mentalitet və münasibətdəki fərqləri başa düşməlisiniz”.
Allsport.az xəbər verir ki, bu fikirləri italiyalı baş məşqçi Canni de Byazi Azərbaycan millisindəki 1,5 illik fəaliyyəti barədə TMW radiosuna müsahibəsində deyib.
65 yaşlı mütəxəssis yığmadakı işini 6 balla qiymətləndirdiyini söyləyib: “Bəlkə də işimi davam etdirmək üçün mənə bir az cəsarət lazımdır. Amma hələ nə olacağını bilmirəm. Yaxın günlərdə AFFA rəhbərliyi ilə məsələni müzakirə edəcəyik. Ümid edirəm ki, daha 2 il işimi davam etdirə bilərəm. Mən hazıram. Görək, federasiya hansı qərarı verəcək”.
De Byazi bildirib ki, Azərbaycanda güləş və boks kimi fərdi idman növlərinə daha çox diqqət yetirilir: “Komanda idman növlərində bir qədər geri qalırlar. Ola bilsin, ümumi fəlsəfə yoxdur. Yerli futbolçu sayı az olsa belə, düzgün yanaşma tələb olunur. Azərbaycanda 10 milyon əhali olmasına baxmayaraq, premyer liqada cəmi 8 komanda çıxış edir ki, onların da heyətində ən azı 6 legioner var”.
Canni de Byazinin AFFA ilə müqaviləsi noyabrın 30-da başa çatacaq.