- Baxış sayı: 23
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisi beynəlxalq yoldaşlı oyunu çərçivəsində Kişinyovda “Zimbru” stadionunda Moldova futbolçularına 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçimiz Canni de Byazi bunu söyləyib:
“Hər iki komanda son üç oyunda ardıcıl qələbə qazanmışdı. Yaxşı formada olan komandaya qarşı oynadıq. Diqqətli olmalıydıq. Bu gün yeni müdəfiə xətti ilə oynayırdıq. Mərkəzdə çıxış edən Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk çox yaxşı oyun keçirdilər. İlk hissədə əla futbol oynadıq, bir çox qol imkanları yaratdıq. Artıq ikinci hissənin son 10 dəqiqəsində oyunu xeyrimizə bitirə bilərdik.
Komandanın oyunundan razı qaldım. 90 dəqiqə ərzində mübarizəni dayandırmadıq. Yeganə narahatlığım son dəqiqələrdə qol buraxmağımız oldu. Hərçənd buraxdığımız qolda situasiyanı daha yaxşı idarə edə bilərdik. Şahrudin çox yaxşı oyun keçirdi. Futbolçularım çox istəkli idilər. Belə davam etməliyik.
Növbəti oyunda Şimali Makedoniya milli komandası ilə qarşılaşacağıq. Çox çətin rəqibdir, yaxşı futbolçuları var. Albaniya millisində çalışarkən onlarla qarşılaşmışıq. Komandanı çox yaxşı tanıyıram. Uğurlu nəticə əldə etmək üçün daha yaxşı oyun keçirməliyik”.