De Byazi: Çalışacağıq ki, durumu öz xeyrmizə dəyişək

Sabah millətlər liqasında “Elbasan arena”da Azərbaycan – Kipr oyunu öncəsi baş məşqçimiz Canni De Byazi fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, o, durumu lehimizə dəyişməyə çalışacaqlarını söyləyib:

“Monteneqro millisi ilə oyunda öz səhvlərimizdən qapımızda qollar gördük və nəticədə məğlub olduq. Sabah çalışacağıq ki, situasiyanı öz xeyrmizə dəyişək və məğlubiyyəti unutduraq. Heyətdə zədəli və cəzalı futbolçuların olması müəyyən dəyişikliklər etməyimizə səbəb olub. Komandanın kapitanı Maksim Medvedev zədəli olduğu üçün oynaya bilməyəcək. Həmçinin, digər zədəli futbolçularımız – Təmkin Xəlilzadə və Əli Qurbaninin oynayıb-oynamayacağı sabah keçiriləcək müayinədən sonra məlum olacaq. 

Heyətdəki dəyişikliyə gəlincə, cəzalı olan Bədavi Hüseynovun əvəzinə Elvin Bədəlov, Maksimin yerinə isə Azər Salahlı oynayacaq. Oyun sisteminda hər hansı dəyişiklik olmayacaq. Kipr və Monteneqroya qarşı necə oynamışdıqsa, yenə eyni sistemdə mübarizə aparacağıq. Ancaq rəqibdən və oyunun gedişindən asılı olaraq, ehtiyac olarsa, taktiki gedişlərdə dəyişiklik edəcəyik”.

Həmin kateqoriyadan